Bank Of Baku

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri həbsdə olan sabiq nazirlə görüşüb

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri həbsdə olan sabiq nazirlə görüşüb
# 30 iyul 2008 11:47 (UTC +04:00)
Bakı – APA. Bu gün İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bayılda yerləşən 1 saylı istintaq təcridxanasında olub. Bu barədə APA-ya məlumat verən hüquq müdafiəçisi təcridxanada saxlanılan “Tolışi sədo” qəzetinin baş redaktoru, AMEA Dilçilik İnstitutunun şöbə müdiri Novruzəli Məmmədovla görüşdüyünü bildirib. Dövlətə xəyanətdə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilən N. Məmmədov saxlanma şəraitindən narazı olmadığını, özünü ittiham üzrə təqsirli bilmədiyini deyib. Hüquq müdafiəçisi sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev, onun qardaşı, “Azpetrol” Şirkətlər Qrupunun sabiq prezidenti Rafiq Əliyevlə saxlandıqları görüşdüyünü söyləyib. Hər iki şəxsin 4 nəfərlik kamerada saxlandığını deyən E. Behbudov kameralara baxış keçirdiyini, onların saxlanma şəraitindən şikayətçi olmadıqlarını qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR