Bank Of Baku

Azərbaycan ali məktəblərinə imtahan vermiş şəxslərin ərizələrinə apellyasiya qaydasında baxılması başa çatıb

Azərbaycan ali məktəblərinə imtahan vermiş şəxslərin ərizələrinə apellyasiya qaydasında baxılması başa çatıb
# 05 avqust 2008 15:47 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycan ali məktəblərinin bakalavr və magistr pillələrinə bu il imtahan vermiş şəxslərin ərizələrinə açıq apellyasiya qaydasında baxılması bu gün başa çatıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-ya daxil olan məlumata görə, bakalavr pilləsinə imtahan vermiş abituriyentlərdən 191 nəfər açıq apellyasiyada iştirak etmək üçün qeydiyyatdan keçib, onlardan 152 nəfəri apellyasiyada iştirak edib. İştirak edənlərdən 150 nəfəri cavab kartlarında qeyd etdikləri cavabla öz nəticələrinin uyğunluğunu təsdiq edib.

Magistratura pilləsinə imtahan verənlərdən isə 55 bakalavr açıq apellyasiyada iştirak etmək üçün qeydiyyatdan keçib, onlardan 45 nəfəri apellyasiyada iştirak edib. Apellyasiyada iştirak edənlərin hamısı cavab kartlarında qeyd etdikləri cavabla öz nəticələrinin uyğunluğunu təsdiqləyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR