Bank Of Baku

Qobustan, Abşeron, Sumqayıt və Xızı rayonlarında ətraf mühitə dəyən ziyanla bağlı 110 akt və 18 protokol tərtib edilib

Qobustan, Abşeron, Sumqayıt və Xızı rayonlarında ətraf mühitə dəyən ziyanla bağlı 110 akt və 18 protokol tərtib edilib
# 05 avqust 2008 15:50 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi xidməti ərazisində – Qobustan, Abşeron, Sumqayıt və Xızı rayonlarında keçirdiyi növbəti monitorinqin nəticələrini açıqlayıb. Nazirlikdən APA-ya verilən məlumata görə, reydlər nəticəsində 110 akt və 18 protokol tərtib edilib. Ətraf mühitə vurulan ziyan müqabilində 19 nəfər inzibati qaydada 49395 manat məbləğində cərimələnib, icra üçün 26 məcburi göstəriş verilib. Tədbir görülmək üçün hüquq-mühafizə orqanlarına 3, rayon məhkəməsinə 1, məhkəmə nəzarətçilərinə isə 2 iş göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR