Bank Of Baku

Azərbaycanda hüquq müdafiəçisi polis şöbələrində monitorinqlərə başlayıb

Azərbaycanda hüquq müdafiəçisi polis şöbələrində monitorinqlərə başlayıb
# 19 avqust 2008 10:12 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov bu gün Hacıqabul, Kürdəmir, Ucar rayonlarının polis şöbələrinin müvəqqəti saxlanma təcridxanalarında monitorinq keçirib. Komitə sədri APA-ya bildirib ki, bu gün və sabah digər rayonların polis şöbələrinin müvəqqəti saxlanma təcridxanalarına da gedəcək. Monitorinqlər 21 polis şöbəsini əhatə edəcək. Hüquq müdafiəçisi baş çəkmələri saxlanma yerlərində işgəncə faktlarının olub-olmadığını aydınlaşdırmaq, təcridxanalardakı durumu öyrənmək məqsədi ilə keçirdiyini bildirib. Komitə sədri deyib ki, sabah başa çatacaq monitorinqlərin nəticələri ilə bağlı daxili işlər naziri Ramil Usubova müraciət edəcək. E. Behbudov Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Gəncədəki 2 saylı istintaq təcridxanasına da baş çəkəcəyini açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR