Bank Of Baku

Goranboy və Samux rayonlarında ictimai dinləmə keçirilib

Goranboy və Samux rayonlarında ictimai dinləmə keçirilib
# 19 avqust 2008 23:38 (UTC +04:00)
Bakı – APA. Ombudsman Elmira Süleymanova İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) həyata keçirilməsi vəziyyətinin monitorinqi və təhlili məqsədilə Goranboy rayonunda növbəti ictimai dinləmələr keçirib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya bildirilib ki, Goranboy rayon icra hakimiyyətinin başçısı Elşən Abbasov rayonda quruculuq işlərinin aparıldığını diqqətə çatdırıb. Tədbirdə rayondakı sosial-iqtisadi vəziyyət, problemlər barədə müzakirə aparılıb. Müvəkkil problemlərin aradan qaldırılması üçün səylərin birləşdirilməsinin vacibliyini vurğulayıb. Növbəti ictimai dinləmə Samuxda təşkil olunub. Ombudsman hər iki rayonda Polis Şöbəsinin müvəqqəti saxlama təcridxanasına baxış keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR