Bank Of Baku

Azərbaycanda təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramının fəaliyyət planını təsdiqlənib

Azərbaycanda təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramının fəaliyyət planını təsdiqlənib
# 19 avqust 2008 13:01 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Bu gün Azərbaycanın təhsil naziri Misir Mərdanov ölkə prezidentinin təsdiqlədiyi «2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı»nın icrası məqsədilə hazırlanan fəaliyyət planını təsdiqləyib.
Təhsil Nazirliyi nəzdində təsərrüfat hesablı Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov «APA-Economics»ə bildirib ki, fəaliyyət planı 2008-2012-ci illəri əhatə edir. Yeni yaradılan idarənin proqramın icrası üçün tədbirlər görməyə başladığını deyən S.Məmmədov qeyd edib ki, artıq DATA Mərkəzinin, məktəblərin İntranet şəbəkəsinin yaradılması, İnternetə qoşulması üçün texniki tapşırıqların hazırlanmasına başlanılır.
S.Məmmədovun sözlərinə görə, bu il proqramın icrası üçün dövlət büdcəsindən ayrılan 8,5 mln. manatın sərf edilməsi nəzərdə tutulur. Gələn il isə proqramın icrasına 15-20 mln. manatın xərclənəcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR