Bank Of Baku

Azərbaycanın Səhiyyə Nazirliyi ölkədəki özəl klinikalara vahid resept blankından istifadə etməyi tapşırıb

Azərbaycanın Səhiyyə Nazirliyi ölkədəki özəl klinikalara vahid resept blankından istifadə etməyi tapşırıb
# 19 avqust 2008 15:04 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycan Səhiyyə Nazirliyi ölkədə fəaliyyət göstərən özəl klinikalara xüsusi resept blanklarının tətbiqi və istifadəsi ilə əlaqədar müraciət edib. Nazirlikdən APA-ya verilən məlumata görə, reseptsiz buraxılan dərman vasitələri istisna olmaqla, bütün dərman vasitələri yalnız xüsusi resept blankarında - müvafiq qaydada tərtib olunmuş reseptlərdə yazılmalıdır.

Bu, nazirliyin 2007-ci ilin mayın 3-də verdiyi “Reseptlərin yazılması və dərman vasitələrinin (narkotik tərkibli və prekursorlar istisna olmaqla) aptek müəssisələrindən buraxılması qaydaları haqqında” əmrinə uyğun həyata keçirilməlidir. Nazirlik özəl klinikaların rəhbərlərinə həkimlərin bu əmrdən irəli gələn tələblərin yerinə yetirilməsinə nəzarət etməsini tövsiyə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR