Bank Of Baku

Azərbaycan Səhiyyə Nazirliyi qanunsuz təcili təxirəsalınmaz tibbi yardım xidməti göstərən özəl klinikalara xəbərdarlıq edib

Azərbaycan Səhiyyə Nazirliyi qanunsuz təcili təxirəsalınmaz tibbi yardım xidməti göstərən özəl klinikalara xəbərdarlıq edib
# 19 avqust 2008 15:13 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycan Səhiyyə Nazirliyi Azərbaycanda qanunsuz olaraq, təcili təxirəsalınmaz tibbi yardım xidməti göstərən özəl klinikalara xəbərdarlıq müraciəti edib. Səhiyyə Nazirliyindən APA-ya verilən məlumata görə, mövcud tibbi şərait olmadığından özəl tibb müəssisələrinin əksəriyyətinə təcili təxirəsalınmaz tibbi yardım göstərmək üçün icazə verilmir. Buna görə də nazirlik özəl klinikalara təcili təxirəsalınmaz tibbi yardım stansiyasına müraciət edən və stasionara hospitalizasiya zərurəti yaranan xəstələri dövlət stasionarlarında yerləşdirilməyi tövsiyə edir.

Stasionar fəaliyyət göstərən özəl tibb müəssisələrində təcili təxirəsalınmaz tibbi yardıma ehtiyacı olan, hospitalizasiya zərurəti yaranmış xəstələrin yerləşdirilməsi istisna hallarda mümkün ola bilər. Belə vətəndaşların özəl klinikalarda yerləşdirilməsi yalnız vətəndaşın həyatı üçün təhlükə törədəcək ekstremal vəziyyət olduqda, vətəndaş və ya qohumları şəxsən müraciət edərək bunu təkid etdikdə, yazılı iltizamnamə alındıqdan sonra mümkündür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR