Bank Of Baku

Səbayel rayonu ərazisində yaşlı insanlar üçün veteranlar klubu tikiləcək

Səbayel rayonu ərazisində yaşlı insanlar üçün veteranlar klubu tikiləcək
# 19 avqust 2008 15:21 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bakının Səbayel rayonu ərazisində yaşlı insanlar üçün veteranlar klubu tikiləcək. Bu barədə APA-ya Səbayel rayon İcra Hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat daxil olub. İcra hakimiyyətində bu gün keçirilən açıq qəbulda rayon ağsaqqalları icra hakimiyyəti başçısına veteranların istirahətinin təşkili üçün yer ayrılmasını xahiş ediblər. Onların xahişi müsbət qarşılanıb və yaxın vaxtlarda ərazidə veteranlar klubunun tikilməsi qərara alınıb. Açıq qəbulda çıxış edən icra hakimiyyəti başçısı Sahib Ələkbərov bildirib ki, 2008-ci ilin birinci İcra Hakimiyyəti Aparatına 956 müraciət daxil olub, 158 nəfər qəbul edilib. Müraciətlərdən 247-si müsbət həll edilib, onlardan 338-i təmir-tikinti, 175-i mənzillə təminat, 67-si torpaq sahəsinin ayrılması, 56-sı qaçqın və məcburi köçkünlərin məsələləri ilə bağlı, 36-sı sosial müdafiə məsələləri, 32-si elektrik enerjisi, su və qazla təchizat, 30-u birdəfəlik maddi yardım göstərilməsi, 222-si isə digər məsələlərlə bağlı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR