Bank Of Baku

Azərbaycanda internatların və xüsusi təhsil müəssisələrinin adları dəyişdiriləcək

Azərbaycanda internatların və xüsusi təhsil müəssisələrinin adları dəyişdiriləcək
# 20 avqust 2008 08:05 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Yaxın günlərdə Nazirlər Kabinetinin (NK) Azərbaycanda internatların və sağlamlıq imkanları məhdud olan uşaqlar üçün nəzərdə tutulan xüsusi təhsil müəssisələrinin adlarının dəyişdirilməsi ilə bağlı qərar verəcəyi gözlənilir. Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, xüsusi təhsil müəssisələrinin adlarının dəyişdirilməsi ilə bağlı təklif hökumət tərəfindən müsbət qarşılanıb.

Təklifə aidiyyəti qurumlar - Maliyyə, İqtisadi İnkişaf, Əmək və Əhalinin Sosial Müdafiəsi, Səhiyyə nazirlikləri artıq müsbət rəy verib. Təkliflərdə kor, zəif görən, əqli cəhətdən zəif olan uşaqlar və s. kimi adlanan təhsil müəssisələrinin “Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təhsil müəssisələri” adlandırılması əksini tapıb. Müəssisələrin adları dəyişdirildikdən sonra fərqlənmə üçün onların nömrələnməsi nəzərdə tutulur.

Nazirlikdən bildirilib ki, məktəblərin adları uşaqların təhsil müəssisəsinə daxil olarkən özlərini daha rahat hiss etmələri, utanmamaları və özlərini şəxsiyyət kimi hiss etmələri səbəbindən dəyişdirilir. Məktəblərin adlarının dəyişdirilməsi üçün isə Nazirlər Kabineti 2002-ci ildə təsdiqlədiyi “Xüsusi təhsil müəssisələri haqqında əsasnamə”sinə dəyişiklər etməlidir.

Qeyd edək ki, hazırda sağlamlıq imkanları məhdud olan uşaqlar üçün Azərbaycanda 12 internet, 5 xüsusi məktəb var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR