Bank Of Baku

Lənkəranda qəza vəziyyətində olan binanın sakinləri yeni evlə təmin olunublar

Lənkəranda qəza vəziyyətində olan binanın sakinləri yeni evlə təmin olunublar
# 20 avqust 2008 09:11 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev - APA. Lənkəran rayonunun İstisu qəsəbəsində qəza vəziyyətinə düşmüş yaşayış binasının sakinləri üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) sifarişi ilə tikilmiş yeni 16 mənzilli ikimərtəbəli bina istifadəyə verilib. APA-nın cənub bürosunun məlumatına görə, bu münasibətlə keçirilmiş tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin sədr müavini Elxan Əsədov, “Azərdövlətlayihə” İnstitutunun direktoru Xəlil Cəfərov çıxış ediblər. Yeni mənzillərin açarları və orderləri sahiblərinə təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR