Bank Of Baku

İlin sonuna kimi Azərbaycanda məktəblərin İnternetə qoşulmasına nəzarət edən mərkəz yaradılacaq

İlin sonuna kimi Azərbaycanda məktəblərin İnternetə qoşulmasına nəzarət edən mərkəz yaradılacaq
# 20 avqust 2008 09:16 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Bu ilin sonuna kimi Azərbaycanda bütün orta təhsil məktəblərinin vahid mərkəzdən İnternetə qoşulmasını təmin edəcək DATA Mərkəzi yaradılacaq.
Təhsil Nazirliyi nəzdində təsərrüfat hesablı Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov «APA-Economics»ə bildirib ki, mərkəz 2008-2012-ci illəri əhatə edəcək Təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı çərçivəsində təşkil olunur. Yeni mərkəz təhsil müəssisələrinin İntranet şəbəkəsinin təşkilinə, İnternetə qoşulması prosesinə nəzarət edəcək, eyni zamanda məktəblərdə şagirdlərin əxlaqa zidd, zorakılıq təbliğ edən saytlara daxil olmasına imkan verməyəcək. Hazırda isə vahid mərkəz olmadığından və məktəblər müxtəlif provayderlər vasitəsilə İnternetə qoşulduqlarından nazirlik məktəblərdə şagirdlərin daxil olduğu saytlara nəzarət edə bilmir.
S.Məmmədov qeyd edib ki, artıq DATA Mərkəzin yaradılması üçün Bakıda müvafiq yer ayrılıb. Yaxın günlərdə mərkəzin binasının təmirinə və onun yaradılması üçün texniki tapşırıqların hazırlanmasına başlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR