Bank Of Baku

Azərbaycanda anomal istilərlə əlaqədar atmosferdə gözlənilən çirklənmə səviyyəsi ilə bağlı xəbərdarlıq yayılıb

Azərbaycanda anomal istilərlə əlaqədar atmosferdə gözlənilən çirklənmə səviyyəsi ilə bağlı xəbərdarlıq yayılıb
# 20 avqust 2008 09:25 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti avqust ayının 19-u gecə saatlarından 22-si səhər saatlarınadək müşahidə ediləcək hava şəraiti ilə əlaqədar atmosferdə gözlənilən çirklənmə səviyyəsi ilə əlaqədar xəbərdarlıq yayıb.
Nazirliyin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, həmin müddətdə respublikanın sənaye şəhərlərinin atmosfer havasında zəif çirklənmə səviyyəsi müşahidə ediləcək. Bakı və Sumqayıt şəhərlərində orta çirklənmə səviyyəsi, meteoroloji şəraitlə (temperaturun yüksəlməsi, nisbi rütubətin artması, küləksiz) əlaqədar isə Bakı və Sumqayıt şəhərlərinin hava hövzəsində dəm qazı, azot-4 oksid, hidrogen-flüorid və xlorun intensiv toplanması gözlənilir. Buna görə də bu günlərdə uşaqların açıq havaya çıxarılması tövsiyə olunmur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR