Bank Of Baku

Qubadakı kütləvi məzarlıqda aparılan arxeoloji qazıntılar avqustun 31-də yekunlaşacaq

Qubadakı kütləvi məzarlıqda aparılan arxeoloji qazıntılar avqustun 31-də yekunlaşacaq
# 20 avqust 2008 10:16 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Qubada aşkarlanan kütləvi məzarlıqda aparılan arxeoloji qazıntılar avqustun sonunda yekunlaşacaq. Bu barədə APA-ya ərazidə tədqiqat aparan elmi ekspedisiyanın rəhbəri Qəhrəman Ağayev məlumat verib. O, arxeoloji qazıntıların hazırda quyuda aparıldığını və III mərhələnin artıq başa çatmaq üzrə olduğunu bildirib: “Birinci quyunun kontorları vurulub, yəni sərhədləri müəyyənləşdirilib. Artıq yuxarı hissəsində təmizlənmə işləri başa çatıb. Hazırda isə quyunun ön hissəsində təmizlənmə işləri aparılır. Yaxın bir neçə gün ərzində bu işi də yekunlaşdırmaq fikrindəyik. Bundan sonra isə artıq bütün məzarlıqda təmizlənmə işləri aparılacaq. Çox güman ki, avqustun sonuncu günü artıq buranı təhvil verəcəyik”.

Tədqiqatdan sonra ərazinin Quba rayon İcra Hakimiyyətinə təhvil veriləcəyini deyən Q. Ağayev burada əsaslı təmir aparılacağını söyləyib. Onun sözlərinə görə, daha sonra məzarlıqda muzey salınması istiqamətində işlərə başlanılacaq: “Təmirdən sonra məzarlıqda şüşə muzey yaradılacaq. 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı qurbanlarının sümükləri bu muzeydə nümayiş olunacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR