Bank Of Baku

Qusar, Quba, Dəvəçi və Xaçmaz rayonlarında ictimai dinləmə keçirilib

Qusar, Quba, Dəvəçi və Xaçmaz rayonlarında ictimai dinləmə keçirilib
# 25 avqust 2008 22:56 (UTC +04:00)
Bakı – APA. İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı (MFP) ilə bağlı ictimai dinləmələr davam edir. Növbəti dinləmə Qusarda keçirilib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova insan hüquqlarının, o cümlədən milli azlıqların hüquqlarının təmini və müdafiəsinin, vətəndaşların həyat və şəraitinin daha da yaxşılaşdırılmasının dövlətin qarşısında duran ən mühüm vəzifələrdən biri olduğunu, həmçinin milli tolerantlığın hökm sürdüyünü diqqətə çatdırıb.

Qubada keçirilən ictimai dinləmədə Ombudsman seçkinin azad, demokratik və şəffaf keçirilməsinin vacibliyini vurğulayıb, seçki komissiyalarının, icra hakimiyyəti orqanlarının, polisin üzərinə düşən vəzifələr barədə danışıb, müvafiq tövsiyələr verib.

Daha sonra ictimai dinləmə Xaçmazda təşkil olunub. E. Süleymanova Xaçmazın sürətlə inkişaf etdiyini, 22 milli azlığın yaşadığı rayonda geniş abadlıq işlərinin aparıldığını söyləyib. Tədbirdə bir sıra problemlər, o cümlədən keçmiş sovet pasportlarının qaytarılması zamanı çətinliklər, dövlət orqanlarında təmsil olunmayan bəzi sıravi vətəndaşların seçki kampaniyasına maneçilik yaratması diqqətə çatdırılıb.

Dəvəçi rayonunda növbəti ictimai dinləmədə çıxış edən Ombudsman tədbirin əhəmiyyətini vurğulayıb.

Ombudsman Rayon Polis Şöbələrinin müvəqqəti saxlama təcridxanasına baxış keçirib, hüquq pozuntuları, saxlanılanlara qarşı kobud rəftar aşkarlanmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR