Bank Of Baku

Azərbaycan gömrükçüləri bir sıra qaçaqmalçılıq hallarının qarşısı alıb

Azərbaycan gömrükçüləri bir sıra qaçaqmalçılıq hallarının qarşısı alıb
# 26 avqust 2008 08:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsi əməliyyat idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində bir sıra qaçaqmalçılıq hallarının qarşısı alınıb.
DGK-dən «APA-Economics»ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin sərhəd-keçid məntəqəsində İrandan Azərbaycana gələn İran vətəndaşı Mohseni Heydər Barat Əli oğlunun üzərindən ümumi çəkisi 537 qram heroin aşkar edilərək götürülüb.
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gəncə Hava Limanı gömrük postunun əməkdaşları tərəfindən Gəncə-Moskva aviareysinin sərnişini, Rusiya vətəndaşı Moskalev Ruslan Leonidoviçdən şəxsi yoxlama zamanı bəyan etmədiyi dörd ədəd qədim pul sikkəsi və iki ədəd qədim kitab aşkar olunaraq protokol əsasında götürülüb. Rusiya istiqamətindən Xaçmaz Gömrük İdarəsinin «Samur» gömrük postunun gömrük nəzarəti zonasına daxil olan, Moskva-Gəncə marşrutu ilə hərəkət edən «Mercedes» markalı 10 KJ 504 nömrəli sərnişin avtobusunun sürücüsü, Azərbaycan vətəndaşı Qocayev Aydın Yaqub oğlu tərəfindən avtobusun salonunda gömrük nəzarətindən gizlədilmiş, aksiz markası ilə markalanmamış 500 qutu «Marlboro Filter Plus», 500 qutu «Parlament» markalı xarici siqaretlər, baqaj hissəsində isə idxal olunması üçün aksiz markası ilə markalanmamış 20 ədəd 0,5 litrlik «Stoliçnaya», 12 ədəd 0,75 litrlik «Stoliçnaya», 16 ədəd 0,75 litrlik «Moskovskaya» araqları aşkar olunaraq götürülüb.
Bundan başqa, Balakən Gömrük İdarəsi «Mazımçay» gömrük postunun əməkdaşları tərəfindən Gürcüstandan gələn Azərbaycan vətəndaşı, Qax rayonu sakini Nuraşvili Revazi Zuriko oğlundan metalaxtaran texniki nəzarət vasitəsinin tətbiqi zamanı sağ ayağının içərisindən gömrük nəzarətindən gizlədilmiş «Kastet» tipli soyuq silah aşkar edilərək müsadirə olunub.
Balakən Gömrük İdarəsinin rayon polis şöbəsinin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Balakən rayonunun Roçəhməd kəndi ərazisindən, iki hektar sahədən 4 457 ədəd sayda, təxminən 12 min kq çəkidə yabanı halda bitmiş çətənə kolları yığılaraq yandırma üsulu ilə məhv edilib. Həmçinin, Balakən Gömrük İdarəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində rayonun Lələli kəndi ərazisindən, iki hektardan artıq sahədən 3 462 ədəd sayda, təxminən 10,3 min kq çəkidə yabanı çətənə kolları yığılaraq yandırma üsulu ilə məhv edilib.
Qeyd edək ki, bütün faktlarla bağlı təhqiqat aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR