Bank Of Baku

Balakən meşələrinin 23 min hektar ərazisi Zaqatala Dövlət Təbiəti Qoruğuna verilib

Balakən meşələrinin 23 min hektar ərazisi Zaqatala Dövlət Təbiəti Qoruğuna verilib
# 26 avqust 2008 09:45 (UTC +04:00)
Balakən. Hafiz Heydərov - APA. Balakən meşələrinin 23 min hektar ərazisi Zaqatala Dövlət Təbiəti Qoruğuna (DTQ) verilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna məlumat verən Zaqatala DTQ-nun direktoru Hacı Çaxıyevin sözlərinə görə, qoruğun ərazisinin artırılması Zaqatala DTQ-nun Gürcüstanın Loqadexi qoruğu ilə birləşdirilməsi ilə əlaqədardır. Bu istiqamətdə xeyli iş görüldüyünün diqqətə çatdıran H. Çaxıyev qoruğun yeni xəritəsinin də hazır olduğunu bildirib. Yaxın zamanlarda isə qoruqların birləşdirilməsi hər iki dövlət tərəfindən rəsmiləşdiriləcək.

Qeyd edək ki, Zaqatala DTQ 1929-cu ildə yaradılıb. Son illər Gürcüstan və Azərbaycan hökumətləri arasında əldə olunmuş razılığa əsasən, Zaqatala DTQ-nun Loqadexi qoruğu ilə birləşdirilməsi planlaşdırılır. Nəticədə hər iki qoruq birləşərək vahid qoruq halına gətiriləcək. Qoruğun mühafizəsinə isə hər iki dövlət nəzarət edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR