Bank Of Baku

Sabah Azərbaycan ərazisində havanın temperaturu düşəcək

Sabah Azərbaycan ərazisində havanın temperaturu düşəcək
# 26 avqust 2008 09:59 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Sabah Azərbaycan ərazisində havanın temperaturu bir qədər düşəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, avqustun 27-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən, yağmursuz, axşam isə tutqun olacaq.

Şimal küləyi əsəcək, gündüz arabir güclənəcək. Temperatur bu günlə müqayisədə iki dərəcə düşərək 34-36 dərəcə qeydə alınacaq. Avqustun 27-də respublikanın rayonlarında hava, əsasən, yağmursuz olacaq. Gecə saatlarında bəzi rayonlarda şimşək çaxacaq, qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu rayonlarda 33-38, dağlarda 23-28 dərəcə olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR