Bank Of Baku

Azərbaycanda malyariyanın tam ləğvi üçün layihə həyata keçiriləcək

Azərbaycanda malyariyanın tam ləğvi üçün layihə həyata keçiriləcək
# 26 avqust 2008 10:11 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycanda malyariyanın tam ləğvi məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəstəyi, AİDS, Vərəm və Malyariya üzrə Qlobal Fondun maliyyə vəsaiti hesabına bu ilin oktyabr ayından yeni beş illik layihənin icrasına başlanacaq.

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, layihə çərçivəsində Azərbaycanda malyariyanın tam ləğvi üçün müalicə sistemi təkmilləşdiriləcək, xəstəliyə nəzarət sistemi və laboratoriyaların maddi-texniki bazası gücləndiriləcək, mobil briqadalar yaradılacaq, treninqlər keçiriləcək, əhali arasında təbliğat işləri aparılacaq.

ÜST-nin hazırladığı bu layihə iki mərhələdə həyata keçiriləcək. İlkin mərhələ 2, sonrakı faza isə 3 ili əhatə edəcək. Layihənin maliyyələşdirilməsi üçün təqribən 7 milyon dollar tələb olunur. Layihə çərçivəsində tədbirlərin görülməsi üçün malyariyaloji vəziyyətindən asılı olaraq, respublikanın rayonları üç zonaya bölünəcək. İlkin olaraq, işlər malyariyaya daha həssas olan 31 rayonda aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR