Bank Of Baku

Talassemiyalı uşaqlar üçün 30 litr təzə qan toplanılıb

Talassemiyalı uşaqlar üçün 30 litr təzə qan toplanılıb
# 26 avqust 2008 11:50 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Azərbaycanda talassemiyalı uşaqlara kömək məqsədilə keçirilən könüllü qanvermə aksiyası zamanı 30 litrdən artıq qan toplanılıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aksiya Bakı Baş Səhiyyə İdarəsi, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının təşəbbüsü, 4 saylı Vərəm Əleyhinə Dispanser və Nizami rayon icra hakimiyyətinin təşkilatçılığı ilə avqustun 22-də olub. Rayonun idarə və təşkilatlarından 300 nəfər könüllünün iştirak etdiyi aksiyada toplanılan təzə qan artıq Qan Bankına təhvil verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR