Bank Of Baku

“Cənubi Qafqazın münaqişə bölgələrində qaçqınlar və məcburi köçkünlərin problemi və geri dönməsi perspektivləri” mövzusunda kitab nəşr olunub

“Cənubi Qafqazın münaqişə bölgələrində qaçqınlar və məcburi köçkünlərin problemi və geri dönməsi perspektivləri” mövzusunda kitab nəşr olunub
# 27 avqust 2008 00:57 (UTC +04:00)
Bakı – APA. Humanitar Tədqiqatlar Cəmiyyəti (HTC) və Tbilisi şəhərində fəaliyyət göstərən Sülh, Demokratiya və İnkişaf Qafqaz İnstitutunun birgə müəllifliyi ilə “Cənubi Qafqazın münaqişə bölgələrində qaçqınlar və məcburi köçkünlərin problemi və geri dönməsi perspektivləri” mövzusuna həsr olunmuş kitab işıq üzü görüb. HTC-nin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, kitabın Danimarka Qaçqınlar Şurasının maliyyə dəstəyi ilə hər iki təşkilatın birgə icra etdiyi “Qaçqınların qaytarılması/restitutsiyası üzrə siyasətin hazırlanmasını həyata keçirən Cənubi Qafqaz ekspertləri şəbəkəsi” layihəsi çərçivəsində mümkün olub.

Gürcüstanlı mütəxəssislər Şalva Piçxadze, Vaxtanq Kolbaya, Nodar Sardcveladze və azərbaycanlı mütəxəssislər Əvəz Həsənov, Əlövsət Əliyev və Azər Allahverənov tərəfindən hazırlanmış mövzular, əsasan, münaqişənin həllinin müxtəlif variantlarının məcburi köçkünlərin qayıdışına təsiri, ölkələrin bu problemin aradan qaldırılmasına dair institutsional resursları, məcburi köçkün icmalarının öz torpaqlarına qayıtması ilə bağlı sosial və psixoloji durumlarının təhlilinə həsr olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR