Bank Of Baku

Ombudsman Aparatının əməkdaşları cəzaçəkmə müəssisələrində silsilə görüş-seminarlar keçiriblər

Ombudsman Aparatının əməkdaşları cəzaçəkmə müəssisələrində silsilə görüş-seminarlar keçiriblər
# 26 avqust 2008 13:08 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Ombudsman Aparatının əməkdaşları cəzaçəkmə müəssisələrində silsilə görüş-seminarları davam etdirir. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, növbəti belə tədbir 12, 13 və 14 saylı cəzaçəkmə müəssisələrində keçirilib. Ombudsman Aparatının əməkdaşları Rəvan Səmədov məhkumlara bu cür tədbirlərin təşkil olunması məqsədi haqqında məlumat verib, “Azərbaycanda Ombudsman təsisatının məhkumların hüquqlarının qorunmasında rolu və səlahiyyətləri” mövzusunda mühazirə söyləyib. O, Müvəkkilin məhbusların hüquqlarının qorunması üçün həyata keçirdiyi fəaliyyət, penitensiar müəssisələrdə görülən işlər, Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının icrası ilə əlaqədar qarşıda duran vəzifələr haqqında ətraflı danışıb. Tədbirlər zamanı məhkumların müxtəlif məsələlərlə əlaqədar sualları cavablandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR