Bank Of Baku

Hüseyn Bağırov: “Ermənistan Kür çayını düşmənçilik məqsədilə çirkləndirir”

Hüseyn Bağırov: “Ermənistan Kür çayını düşmənçilik məqsədilə çirkləndirir”
# 26 avqust 2008 13:44 (UTC +04:00)
Saatlı. Əlibəy Zeynalov - APA. “Hələlik Kür çayının ekoloji probleminin onun ərazisindən keçdiyi 5 ölkə tərəfindən həll etməsi real görünmür”. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bu sözləri ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib. Kür çayının həmin 5 ölkə - Türkiyə, Gürcüstan, Ermənistan, İran və Azərbaycan tərəfindən çirkləndirildiyini qeyd edən nazir Ermənistanı bunu düşmənçilik məqsədi ilə etdiyini vurğulayıb.

“Hələlik bunun qarşısının alınması real görünmür. Amma gələcəkdə bu ölkələrin iştirakı ilə Kür çayına axıdılacaq sular əvvəlcə təmizlənə bilər. Azərbaycan Kürə və Xəzər dənizinə axıdılan çirkab suları əvvəlcə modul tipli təmizləyici qurğularla təmizləyir. Artıq bu məqsədlə Abşeron yarımadasında və Xəzər sahillərində belə qurğuların bir neçəsi istifadəyə verilib. Belə qurğular Kür-Araz çayları ətrafında da quraşdırılacaq və bununla da gələcəkdə biz Kür-Araz çaylarını öz təbii vəziyyətinə qaytara biləcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR