Bank Of Baku

Sabah Qəbələdə əmək yarmarkası keçiriləcək

Sabah Qəbələdə əmək yarmarkası keçiriləcək
# 26 avqust 2008 13:45 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsi avqustun 27-də Qəbələdə işaxtaranlar üçün əmək yarmarkası keçirəcək.
İdarənin sektor müdiri Pərviz Məmmədov «APA-Economics»ə bildirib ki, növbəti yarmarkalar avqustun 28-də Tovuzda, 29-da Şəmkir, Göyçay, Saatlı, Gədəbəy, Dəvəçi, Cəlilabad və Kürdəmirdə təşkil olunacaq.
İndiyədək respublikanın müxtəlif şəhər və rayonlarında keçirilən 23 yarmarkada 905 müəssisə 9150 boş iş yeri təqdim edib. Yarmarkalarda 2249 nəfər münasib işlərə göndəriş alıb, 228 nəfər peşə hazırlığı, 107 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR