Bank Of Baku

Sabah Azərbaycan dəmir yolunun Qızılburun-Gilgilçay hissəsində qatarların hərəkəti dayandırılacaq

Sabah Azərbaycan dəmir yolunun Qızılburun-Gilgilçay hissəsində qatarların hərəkəti dayandırılacaq
# 26 avqust 2008 13:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin avqust ayının 27-də Azərbaycan dəmir yolunun Qızılburun-Gilgilçay xəttində qatarların hərəkəti 9 saatlıq dayandırılacaq. Bu barədə «APA-Economics»ə Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin (ADDY) mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib.
«Bakı-Quba-Rusiya Federasiyası magistral avtomobil yolunun Qızılburun-Gilgilçay mənzilinin 2 546-cı kilometrində dəmir yolu xətti üzərindən keçən yeni 33 metrlik yol ötürücüsünün tikintisi ilə əlaqədar olaraq saat 07:00-dan 16:00-dək Qızılburun-Gilgilçay mənzilində hər iki yolda qatarların hərəkətini dayandırmaqla «Texniki pəncərə» veriləcək», - deyə N.Əzməmmədov bildirib.
Qeyd edək ki, bununla əlaqədar avqustun 27-də 609-610 saylı Keşlə-Yalama-Keşlə elektrik qatarı Qızılburun stansiyasından dövr etməklə geri qayıdacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR