Bank Of Baku

Saatlı rayonunda modul tipli su təmizləyici qurğu istifadəyə verilib

Saatlı rayonunda modul tipli su təmizləyici qurğu istifadəyə verilib
# 26 avqust 2008 13:59 (UTC +04:00)
Saatlı. Əlibəy Zeynalov - APA. Bu gün Azərbaycanın Saatlı rayonunun Əlisoltanlı kəndində yeni quraşdırılmış modul tipli su təmizləyici qurğu istifadəyə verilib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, müasir texnologiya əsasında İtaliya, ABŞ, Almaniya və Belçika istehsalı olan avadanlıqlarla təchiz olunmuş su təmizləyici qurğu gün ərzində 30 kubmetr su təmizləmə gücünə malikdir. Bu qurğunun fəaliyyəti nəticəsində kəndin 1560 nəfər əhalisi 9 bulaq vasitəsilə təmiz içməli sudan istifadə edəcək. Qurğunun açılış mərasimində ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov iştirak edib.
Qeyd edək ki, bu qurğular Azərbaycan prezidenti İlham Əliyevin Kür və Araz çaylarının suyundan içməli su kimi istifadə edən bir sıra yaşayış məntəqələrinin ekoloji cəhətdən təmiz su ilə təmin edilməsi məqsədilə 2007-ci il iyunun 20-də təsdiqlədiyi «Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında» sərəncamı əsasında quraşdırılır. Artıq Azərbaycanın 50 kəndində keyfiyyətli su təminatı məhdud olan və içməli sudan əziyyət çəkən 55 mindən çox əhali təmiz içməli su ilə təmin edilib. Onların istifadə etdiyi su Ümumdünya Səhiyyə Təşkilatının standartlarına uyğun təmizlənir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR