Bank Of Baku

Gəncədə Azərbaycan qadınlarının III qurultayına hazırlıq toplantısı keçirilib

Gəncədə Azərbaycan qadınlarının III qurultayına hazırlıq toplantısı keçirilib
# 27 avqust 2008 02:11 (UTC +04:00)
Gəncə. Nəzakət Məşədiəliqızı –APA. Gəncədə qadınların üçüncü qurultayına hazırlıq toplantısı keçirilib. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə baş tutub. Toplantıda çıxış edən komitənin sədr müavini Sədaqət Qəhrəmanova qadınların cəmiyyətdə, ictimai-siyasi proseslərdə fəallığını artırmalı olduğunu deyib: "Gəncə qadınlarının hər bir sahədə fəal olması, səmərəli fəaliyyət göstərməsi ilə fərqlənir. Gəncədə sahibkar qadınların ictimai birliyinin fəaliyyəti bu aktivliyin bariz nümunəsidir". Toplantıda qurultayqabağı problemlər bir daha müzakirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR