Bank Of Baku

Naxçıvanda payız-qış mövsümünə hazırlıq vəziyyəti müzakirə olunub

Naxçıvanda payız-qış mövsümünə hazırlıq vəziyyəti müzakirə olunub
# 26 avqust 2008 14:44 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu-.APA. Naxçıvan Muxtar Respublikası Ali Məclisində payız-qış mövsümünə hazırlığın vəziyyəti müzakirə olunub. APA-nın məlumatına görə, tədbirdə əlaqədar nazirlik və təşkilat rəhbərlərinin payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə bağlı məlumatları dinlənilib. Müşavirədə çıxış edən Naxçıvan MR Ali Məclisin sədri Vasif Talıbov energetika sahəsində həyata keçirilən tədbirlərin nəticəsi kimi qış və yay mövsümlərində elektrik enerjisinə olan tələbatın dəyişməz qalaraq 45-50 meqavat təşkil etdiyini, muxtar respublikanın elektrik şəbəkəsinin isə 250 meqavat gücündə enerjini paylaşdırmaq üçün texniki imkanları olduğunu bildirib.

V. Talıbov təbii qaz yanacağı ilə təminat məsələsinə də toxunaraq 2005-ci ilin sonundan başlayaraq bu günə kimi region üzrə 75 min 42 abonentə qaz xəttinin çəkilməsinin başa çatdığını, bunun da ümumi abonentlərin 98 faizini təşkil etdiyini deyib. O, həmçinin, qışda havaların soyuması nəticəsində qaz idxalında müəyyən problemlər yaranarkən, istehlakçıların mavi yanacaqla təchizatında fasiləsizliyi təmin etmək məqsədilə ölkə başçısının tapşırığı əsasında muxtar respublika ərazisində ümumi tutumu 300 milyon kubmetr olan təbii qaz-ehtiyat anbarlarının tikintisinə başlandığını bildirib.

Ali Məclis sədri payız-qış mövsümündə muxtar respublikanın yanacağa tələbatının tam ödənilməsi üçün 2,500 ton dizel yanacağı, 3, 500 ton mazut, 2, 350 ton ağ neft və 100 ton maye qaz ehtiyatının yaradılması, regionun qış aylarında un məhsullarına olan tələbatın ödənilməsi məqsədilə ən azı 20 min ton buğda ehtiyatının yaradılması ilə bağlı da əlaqədar təşkilatlara müvafiq tapşırıqlar verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR