Bank Of Baku

Azərbaycanda 1-6-cı sinif şagirdləri bağırsaq qurdu xəstəliyinə qarşı pulsuz müalicə olunacaqlar

Azərbaycanda 1-6-cı sinif şagirdləri bağırsaq qurdu xəstəliyinə qarşı pulsuz müalicə olunacaqlar
# 27 avqust 2008 10:35 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Bu ilin oktyabrından Səhiyyə Nazirliyi və “Visnevskaya Rostropovic” Fondu birlikdə Azərbaycanda 1-6-cı sinif şagirdləri arasında bağırsaq qurdlarına (helmintoz) qarşı müalicə profilaktika işlərinin aparılmasına başlayacaq.

“Visnevskaya Rostropovic” Fondunun Azərbaycan üzrə direktoru Soltan Məmmədov APA-ya bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsi əsasında həyata keçirilən bu layihə Azərbaycanın 29 rayonunda 250 min orta məktəb şagirdini əhatə edəcək. Müalicə profilaktika işləri ildə iki dəfə aparılacaq. Gələn ildən layihə 40 rayonu əhatə edəcək.

Bir-iki ilə isə layihə bütün respublikada həyata keçiriləcək. Layihəni daha sonra Səhiyyə Nazirliyi davam etdirəcək. S. Məmmədov deyib ki, son illər belə profilaktik tədbirlərin aparılmaması nəticəsində uşaqlar arasında bağırsaq qurdu xəstəliyi 25-30%-dək artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR