Bank Of Baku

Kür və Araz çaylarında çirkləndiricilər normadan dörd dəfəyədək çoxdur

Kür və Araz çaylarında çirkləndiricilər normadan dörd dəfəyədək çoxdur
# 27 avqust 2008 12:17 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çayları və onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə avqustun II dekadasında keçirdiyi monitorinqin nəticələrini açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, monitorinq zamanı Kür çayının Gürcüstan ərazisindən transsərhəd çirklənməyə məruz qalan məntəqələrində suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələrinin yol verilən qatılıq həddini (YVQH) dəfələrlə keçməsi müşahidə olunub.
Çayın Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar iki, mis birləşmələri bir, Ağstafaçay və Ağstafaçay su anbarında fenollar və mis birləşmələri iki dəfə YVQH-i keçib. Biogen maddələrdən ammonium, nitrat və nitrit ionları isə norma daxilindədir.
Ermənistan ilə transsərhəd olan Araz çayında da mis və fenolun miqdarı normadan dəfələrlə artıqdır. Çayın Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar və mis birləşmələri dörd, I Şahsevəndə fenollar üç, mis birləşmələri dörd dəfə, Bəhramtəpədə fenollar bir, mis birləşmələri dörd dəfə YVQH-i keçib. Suyun oksigen rejimi bütün məntəqələrdə 5,11-7,7 mq/l arasında dəyişərək norma daxilində hesab edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR