Bank Of Baku

“Vişnevskaya Rostropovic” Fondunun icraçı direktoru Azərbaycana gələcək

“Vişnevskaya Rostropovic” Fondunun icraçı direktoru Azərbaycana gələcək
# 27 avqust 2008 13:13 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. “Vişnevskaya Rostropovic” Fondunun icraçı direktoru Uilyam Amos bu ilin sonunda Azərbaycana səfər edəcək. Fondun Azərbaycan üzrə direktoru Soltan Məmmədov APA-ya bildirib ki, U. Amos bir necə gün davam edəcək səfəri zamanı təşkilatın ölkəmizdə gördüyü işlərlə maraqlanacaq, Azərbaycanın Səhiyyə Nazirliyi ilə razılaşdırılmış layihələrin icrasına dair müzakirələr aparacaq.

Bu layihələr U. Amosun səfərindən əvvəl - oktyabr-noyabr aylarında “Vişnevskaya Rostropovic” Fondunun Direktorlar Şurasının iclasında müzakirəyə çıxarılacaq. S. Məmmədov deyib ki, ana və uşağın sağlamlığının qorunması ilə bağlı olan bu layihələrdən biri Azərbaycanda həyata keçirilmək üçün seçiləcək.

Təqribən bir milyon dollar dəyərində olacaq layihənin gələn ilin əvvəlindən icrası nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR