Bank Of Baku

Masallı və Yardımlıda qanvermə aksiyası keçirilib

Masallı və Yardımlıda qanvermə aksiyası keçirilib
# 29 avqust 2008 00:52 (UTC +04:00)
Masallı. Ağəddin Babayev-APA. Heydər Əliyev Fondunun “Talassemiyasız Dünya” kampaniyası çərçivəsində Masallıda talassemiyalı və hemofiliyalı xəstələr üçün qanvermə aksiyası keçirilib. Masallı mərkəzi rayon xəstəxanasının baş həkimi Cəlil Nəzərovun APA-nın Cənub bürosuna verdiyi məlumata görə, rayonun müxtəlif idarə, müəssisə və təşkilatlarının 500-dən çox əməkdaşı bu xeyriyyə tədbirində iştirak ediblər. Artıq xəstəxananın qanköçürmə şöbəsinin nəzdində qan bankı yaradılıb. Götürülən qan rayondakı 34 nəfər talassemiyalı və 11 nəfər hemofiliyalı xəstələrin müalicəsinə sərf olunacaq. Analoji tədbir qonşu Yardımlı rayonunda da keçirilib və burada 100-dən çox vətəndaşdan qan götürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR