Bank Of Baku

Qəbələdə keçirilən əmək yarmarkasında 90 nəfər iş yerlərinə göndəriş alıb

Qəbələdə keçirilən əmək yarmarkasında 90 nəfər iş yerlərinə göndəriş alıb
# 28 avqust 2008 12:23 (UTC +04:00)
Qəbələ-Şahnəzər Bəşirov - APA. Qəbələ rayonunda 19 idarə və təşkilatda 268 boş iş yeri üzrə əmək yarmarkası keçirilib. APA-nın Şirvan bürosunun məlumatına görə, əmək yarmarkasına 143 dövlət qulluğu, 70 fəhlə, 55 xidməti vəzifələr üzrə boş iş yeri çıxarılıb.
Yarmarkada 420 iş axtaran iştirak edib. Müraciət edənlərdən 90 nəfər iş yerlərinə göndəriş alıb. 13 nəfər isə peşə hazırlığı kurslarına göndərilib.

Son beş il ərzində Qəbələ rayon Məşğulluq Mərkəzində 1669 nəfər işsiz kimi qeydə alınıb, onlardan 1331 nəfər müvafiq işlə təmin olunub. “Regionların sosial iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilən tədbirlər nəticəsində son beş ildə 7 minədək işsiz vətəndaşın məşğulluğu təmin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR