Bank Of Baku

Bu gecə Abşeron yarımadasında yağış yağacaq

Bu gecə Abşeron yarımadasında yağış yağacaq
# 28 avqust 2008 13:29 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Avqustun 28-dən 29-a keçən gecə Abşeron yarımadasının bəzi yerlərində az yağış yağacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, sabah Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, şimal küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəzlənəcək. Gecə 22-25, gündüz 32-35 dərəcə isti qeydə alınacaq.

Rayonlarda, əsasən, dağlıq ərazilərdə gecə saatlarında şimşək çaxacaq, az yağış yağma ehtimalı var. Sabah rayonlarda qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 20-24, gündüz 31-36, dağlarda gecə 12-17, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR