Bank Of Baku

Bu gün Tovuzda əmək yarmarkası keçirilib

Bu gün Tovuzda əmək yarmarkası keçirilib
# 28 avqust 2008 14:18 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Baş Məşğulluq İdarəsinin təşkilatçılığı ilə bu gün Tovuzda işaxtaranlar üçün əmək yarmarkası keçirilib. İdarədən «APA-Economics»ə verilən məlumata görə, bu yarmarkada 47 müəssisə 183 vakant iş yeri təqdim edib. Yarmarkada 95 işsiz müvafiq işlərə göndəriş alıb.
Ümumilikdə isə bu il respublikanın 24 regionunda keçirilən 25 yarmarkada 971 müəssisə 9601 boş iş yeri təqdim edib. Yarmarkalarda 2433 nəfər münasib işlərə göndəriş alıb, 241 nəfər peşə hazırlığı, 107 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilib.
Qeyd edək ki, növbəti yarmarkalar avqustun 29-da Şəmkir, Göyçay, Saatlı, Gədəbəy, Dəvəçi, Cəlilabad və Kürdəmirdə keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR