Bank Of Baku

Naxçıvanın bölgələrində 316 müəllimə ehtiyac var

Naxçıvanın bölgələrində 316 müəllimə  ehtiyac var
# 29 avqust 2008 07:44 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu—APA Naxçıvan Muxtar Respublikasının bölgələrində 316 müəllimə ehtiyac var. Muxtar Respublikanın Təhsil Nazirliyindən APA-nın Naxçıvan bürosuna verilən məlumata görə, regionun 7 rayonu üzrə pedaqoji kadrlara ən çox muxtar respublikanın ucqar dağ-yaşayış məntəqələrində ehtiyac duyulur. Daha yüksək tələbat isə xarici dil müəllimlərinədir. Kənd məktəblərində xarici dilləri tədris edən 65 müəllim tələb olunur. Nazirlikdən onu da bildiriblər ki, kənd məktəblərində olan müəllim kadrlara ehtiyacın aradan qaldırılması üçün sentyabrın 2-də Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə təhsil yarmarkası keçiriləcək. Yarmarkada 16 fənn üzrə 4 min 387 dərs saatı təqdim olunacaq .
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR