Bank Of Baku

Azərbaycan dilində nəşr olunan Avropa İnsan Hüquqları Məhkəməsinin bülleteninin təqdimat mərasimi keçirilib

Azərbaycan dilində nəşr olunan Avropa İnsan Hüquqları Məhkəməsinin bülleteninin təqdimat mərasimi keçirilib
# 04 sentyabr 2008 10:00 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Bu gün Avropa Şurasının dəstəyi ilə Azərbaycan dilində nəşr olunan Avropa İnsan Hüquqları Məhkəməsinin bülleteninin təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə Avropa Şurası baş katibinin Azərbaycan üzrə xüsusi nümayəndəsi Veronika Kotek çıxış edərək bülletenin Azərbaycan Hüquqşünasları Konfederasiyası, Avrasiya Hüquqşünaslar Assosiasiyası və Bakı Hüquq Mərkəzi tərəfindən hazırlandığını deyib. O, bülletenin hər rübdə bir dəfə 1000 tirajla nəşr ediləcəyini və pulsuz paylanacağını deyib. Veronika Kotekin sözlərinə görə, bülletendə Avropa İnsan Hüquqları Məhkəməsinin 23 ölkə barəsində çıxardığı qərarlar öz əksini tapıb. Tədbirdə çıxış edən bülletenin baş redaktoru, Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycanın nümayəndəsi Çingiz Əsgərov nəşrin faydalı olacağına əminliyini ifadə edib. Tədbirdə çıxış edən nəşrin Redaksiya Şurasının üzvü Əli Hüseynov bülletenin Azərbaycan hüquqşünasları üçün lazımlı vəsait olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR