Bank Of Baku

Astaranın iki kəndinə təbii qaz verilişi bərpa olunub

Astaranın iki kəndinə təbii qaz verilişi bərpa olunub
# 04 sentyabr 2008 22:18 (UTC +04:00)
Astara-Ağəddin Babayev-APA. Astara rayonunun Maşxan və Təngərüd kəndlərinə təbii qaz verilişi bərpa olunub. APA-nın Cənub bürosunun məlumatına görə, kəndlərə təbii qaz verilişi 15 il əvvəl dayandırılıb. İlkin mərhələdə Maşxan kəndində 352, Təngərüd kəndində isə 318 abonent təbii qazla təmin olunacaq. Bununla bağlı keçirilən toplantıda çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev bildirib ki, bu il ərzində indiyə kimi Astaranın 10 kəndi təbii qazla təmin olunub. İlin sonuna kimi daha 3 kəndə təbii qaz veriləcək. 2009-2013-cü illərdə isə rayonun 22 kəndinə təbii qaz verilməsi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR