Bank Of Baku

Yoxsulluqla Mübarizəyə Qlobal Çağırış Azərbaycan Koalisiyası ana və uşaq ölümü ilə bağlı prezidentliyə namizədlərə müraciət edib

Yoxsulluqla Mübarizəyə Qlobal Çağırış Azərbaycan Koalisiyası ana və uşaq ölümü ilə bağlı prezidentliyə namizədlərə müraciət edib
# 04 sentyabr 2008 13:02 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Yoxsulluqla Mübarizəyə Qlobal Çağırış Azərbaycan Koalisiyası ölkədə ana və uşaq ölümü sahəsində mövcud olan problemi platformalarına daxil etmələri üçün prezidentliyə namizədlərə müraciət edib. APA-nın məlumatına görə, koalisiyasının üzvi olan İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu bu gün keçirdiyi tədbirdə bildirib ki, Azərbaycan 2000-ci ildə BMT tərəfindən dünyada yoxsulluğun azaldılması üçün qəbul edilmiş Minilliyin İnkişaf Məqsədlərini imzalayan 147 dövlətdən biridir. Bununla üzərinə ciddi öhdəliklər götürən Azərbaycan 2015-ci ilədək uşaqlar arasında ölüm hallarını 2/3, ana ölümünü isə ¾ qədər azaltmalıdır. Q. İbadoğlu bildirib ki, 2000-2003-cü illərdə Azərbaycanda ana və uşaq ölümü halları azalsa da, 2004-cü ildən proses əks xarakter alıb. 2004-cü ildə onların sayı artaraq 34-ə, 2005-ci ildə 41-ə, 2006-cı ildə 51-ə, 2007-ci ildə 54-ə yüksəlib. Bundan əlavə, 2000-ci ildə diri doğulan hər 1000 nəfər usaqdan 15,5-i ölübsə, 2006-cı ildə bu rəqəm 11,1-ə düşüb, lakin 2007-ci ildə yenidən artaraq 11,4-ə qədər artıb. Belə halların baş verməsinin səbəblərindən birinin səhiyyədə islahatların ləng getməsi olduğunu deyən Q. İbadoğlunun sözlərinə görə, hamilə qadınlara keyfiyyətli həkim nəzarəti təmin olunmur, qadın məsləhətxanaları müasir avadanlıqlarla təmin edilmir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən isə APA-ya bildiriblər ki, Q. İbadoğlunun fikirləri absurddur. Nazirlikdən verilən məlumata görə, son 8 ildə Azərbaycanda ana və uşaq ölümü halları 10-12 promilli (hər 1000 nəfərdən 10-12 nəfər) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR