Bank Of Baku

Bu gün Sabirabadda növbəti su təmizləyici qurğunun açılış mərasimi keçirilib

Bu gün Sabirabadda növbəti su təmizləyici qurğunun açılış mərasimi keçirilib
# 04 sentyabr 2008 15:15 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu gün Sabirabad rayonunun Əliləmbəyli kəndində müasir texnologiya əsasında İtaliya, ABŞ, Almaniya və Belçika istehsalı olan avadanlıqlarla təchiz olunmuş növbəti su təmizləyici qurğunun açılış mərasimi keçirilib.
Nazirliyin mətbuat xidmətindən «APA-Economcs»ə verilən məlumata görə, bundan sonra kəndin 882 nəfər əhalisi 7 bulaq vasitəsilə gün ərzində 20 kubmetr su təmizləmə gücünə malik modul tipli qurğuda təmizlənmiş içməli sudan istifadə edəcək. Bu qurğu Azərbaycan prezidentinin 2007-ci il iyunun 20-də təsdiqlədiyi «Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında» sərəncamı əsasında quraşdırılıb. Bu qurğular ötən il artıq Yevlax, Zərdab, Kürdəmir, İmişli, Sabirabad, Saatlı, Salyan və Neftçala rayonlarının içməli sudan əziyyət çəkən 50 yaşayış məntəqəsində istifadəyə verilib. Bunun hesabına 55 mindən çox əhali təmiz içməli su ilə təmin olunub.
Hazırda daha 12 rayonun 50 yaşayış məntəqəsinin keyfiyyətli su ilə təmin edilməsi istiqamətində işlər davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR