Bank Of Baku

Avqustda 8 ehtiyat kadr vakant dövlət qulluğu vəzifələrinə təyin olunub

Avqustda 8 ehtiyat kadr vakant dövlət qulluğu vəzifələrinə təyin olunub
# 04 sentyabr 2008 16:41 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının həyata keçirdiyi tədbirlər nəticəsində bu ilin avqust ayında 8 nəfər ehtiyat kadr İqtisadi İnkişaf Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi və Dövlət Miqrasiya Xidmətində vakant dövlət qulluğu vəzifələrinə təyin edilib. Bu barədə APA-ya Dövlət Komissiyasından bildirilib. Məlumata görə, dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı müsabiqələrdə iştirak edərək müvəffəqiyyət qazanan, lakin vakant dövlət qulluğu vəzifələrinə təyin edilməyən namizədlər komissiya tərəfindən ehtiyat kadrlar siyahısında qeydə alınırlar. Keçirilən müsabiqələrdə ümumilikdə 81 nəfər ehtiyat kadr komissiya tərəfindən qeydə alınıb ki, onlardan 35 namizəd artıq 17 müxtəlif dövlət orqanında müvafiq vəzifələrə təyin ediliblər. Qeyd olunub ki, İqtisadi İnkişaf Nazirliyində 6, Nəqliyyat Nazirliyində 4, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 4, Dövlət Miqrasiya Xidmətində 3, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində 2, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında 2, Gənclər və İdman Nazirliyində 2, Dövlət Statistika Komitəsində 2, Tarif Şurasının Katibliyində 2, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasında 1, Müəllif Hüquqları Agentliyində 1, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 1, Dövlət Sosial Müdafiə Fondunda 1, Təhsil Nazirliyində 1, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsində 1, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində 1, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində 1 vakant dövlət qulluğu vəzifəsinə ehtiyat kadr təyin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR