Bank Of Baku

Azərbaycan ərazilərinin orto-foto xəritələrinin çəkilməsi başa çatır

Azərbaycan ərazilərinin orto-foto xəritələrinin çəkilməsi başa çatır
# 12 sentyabr 2008 11:33 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycan ərazilərinin orto-foto xəritələrinin çəkilməsi işləri yaxın vaxtlarda başa çatacaq. «APA-Economics»in bildirdiyinə görə, bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) rəisi Arif Qaraşov məlumat verib.
A.Qaraşovun sözlərinə görə, işlər Dünya Bankının maliyyələşdirdiyi «Daşınmaz əmlakın qeydiyyatı Layihəsi» çərçivəsində aparılır. Artıq ərazilərin orto-foto xəritələrinin çəkilişi yekunlaşmaq üzrədir. Ərazilərin peykdən xəritələrinin çəkilişinə dair isə tender elan olunub. Növbəti mərhələdə kosmosdan xəritələrin çəkilməsinə başlanılacaq.
A.Qaraşov 2009-cu ildə əhalinin siyahıya alınmasına hazırlıq prosesi çərçivəsində əhalisinin sayı 5 min nəfərdən çox olan 257 yaşayış məntəqəsinin sxematik planlarının hazırlandığını da vurğulayıb. Həmin sxematik planlar elektron-baza xəritələrinə də daxil edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR