Bank Of Baku

Gəncədə fiziki qüsurlu uşaqlara yardım edilib

Gəncədə fiziki qüsurlu uşaqlara yardım edilib
# 12 sentyabr 2008 22:20 (UTC +04:00)
Gəncə. Nəzakət Məşədiəliqızı –APA. Bu gün Gəncədə Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinin Əlillərin Sosial Müdafiəsi baş idarəsinin 8 saylı zona şöbəsi yeni tədris ilinin başlanması münasibəti ilə fiziki qüsurlu məktəblilərə pul yardımları təqdim edib. Zona şöbəsinin rəisi Valeh Qədimov APA –nın qərb bürosuna bildirib ki, nazirlik tərəfindən Gəncə şəhəri üzrə 332 məktəblinin hər birinə 15 manat həcmində pul yardımı və məktəbli ləvazimatları verilib. Əlil məktəblilərin 204-ü Gəncədən, 100-ü Kəlbəcər, 20-si Daşkəsən , 8-i isə Göygöl rayonlarından olub. Məktəbli və valideynlər diqqətə görə, yerli idarəyə öz minnətdarlıqlarını bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR