Bank Of Baku

Məleykə Abbaszadə İngiltərədə keçirilən konfransda iştirak edib

Məleykə Abbaszadə İngiltərədə keçirilən konfransda iştirak edib
# 12 sentyabr 2008 13:47 (UTC +04:00)
Bakı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin başçılıq etdiyi nümayəndə heyəti Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya – İAEA-nın (İnternational Association for Educational Assessment) sentyabrın 5-dən 12-dək İngiltərədə keçirilən 34-cü konfransında iştirak edib. TQDK-dan APA-ya verilən məlumata görə, “Qiymətləndirmənin yeni interpretasiyası: cəmiyyət, ölçmə və əhəmiyyət” mövzusunda keçirilən konfransın təşkilatçısı Avropada təhsilin qiymətləndirilməsi ilə məşğul olan ən böyük təşkilat – “Cembridge Assesment” qurumu olub. M. Abbaszadə “Milli səviyyədən qlobal səviyyəyə doğru: Milli qiymətləndirmə sisteminin təhsil sisteminin islahatında rolu” mövzusunda nitq söyləyib. Bundan başqa, TQDK əməkdaşları “Milli qəbul imtahanlarının tətbiqi və statistik təhlili üzrə çoxfunksiyalı sistem” adlı məruzə və ali məktəblərə ərizə qəbulunun internet vasitəsilə aparılmasını özündə əks etdirən daha bir məruzə ilə çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR