Bank Of Baku

Abel Məhərrəmov: ““Təhsil haqqında” qanun layihəsində qaranlıq məsələ qalmayıb”

Abel Məhərrəmov: ““Təhsil haqqında” qanun layihəsində qaranlıq məsələ qalmayıb”
# 12 sentyabr 2008 15:30 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. “Hesab edirəm ki, “Təhsil haqqında” qanunda artıq qaranlıq məsələ yoxdur. Əsas narahatedici məqamlar demək olar ki, öz həllini tapıb”. APA-nın məlumatına görə, bu sözləri Milli Məclisin (MM) Təhsil məsələləri daimi komissiyanın üzvü, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov deyib. O bildirib ki, ictimai müzakirədən keçən qanun layihəsi ilə bağlı dövlət başçısının da asanlıqla qərar verəcəyi gözlənilir. A. Məhərrəmov MM üzvlərinin məzuniyyəti dövründə də üzərində xeyli iş aparılan “Təhsil haqqında” qanun layihəsinin payız sessiyasında qəbul olunacağını söyləyib. Rektorun fikrincə, layihədə bir sıra mühüm məsələlər, o cümlədən təhsilin bir pilləsindən digərinə keçid zamanı əvvəlki pillənin nəticələrinin nəzərə alınması da öz əksini tapmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR