Bank Of Baku

BMT 2008-ci il üzrə Minilliyin İnkişaf Məqsədləri üzrə hesabatını açıqlayıb

BMT 2008-ci il üzrə Minilliyin İnkişaf Məqsədləri üzrə hesabatını açıqlayıb
# 12 sentyabr 2008 16:02 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. BMT 2008-ci il üzrə Minilliyin İnkişaf Məqsədləri (MIM) üzrə hesabatını açıqlayıb. BMT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya daxil olan hesabatda bildirilir ki, 1990-2005-ci illər arasında dünyada ifrat yoxsulluq səviyyəsində yaşayan insanların sayı 1,8 milyarddan 1,4 milyarda qədər azalıb və 1990-cı il qlobal yoxsuluq dərəcəsinin 2015-ci ilə qədər yarıbayarı azalması gözlənilir: “Ən çox azalma Şərqi Asiyada, xüsusən Çindədir. Digər regionlarda isə yoxsulluq dərəcəsində azalma çox az müşahidə olunur. 1990-2005-ci illər arasında Saxara ətrafı Afrika ölkələrində və Müstəqil Dövlətlər Birliyində yoxsulluğun səviyyəsində artım qeydə alınıb”.

Nümayəndəlikdən daxil olan məlumatda o da bildirilir ki, sentyabrda BMT Baş Assambleyasının növbəti görüşündə iqlim dəyişkənliyi, qida, yanacaq xərcləri, yoxsulluq arasındakı əlaqə məsələləri müzakirə olunacaq. Sentyabrın 25-də BMT-nin baş katibi Pan Gi Mun Minilliyin İnkişaf Məqsədlərinə nail olmaq üçün yüksək səviyyəli yığıncaq keçirəcək. Bu tədbirdə 100-ə yaxın hökumət və dövlət başçıları, özəl sektor və vətəndaş cəmiyyətlərinin bir çox liderlərinin iştirakı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR