Bank Of Baku

Qazax Diaqnostika Mərkəzinin inşası başa çatmaq üzrədir – FOTO

Qazax Diaqnostika Mərkəzinin inşası başa çatmaq üzrədir – <font color=red>FOTO </font>
# 13 sentyabr 2008 08:36 (UTC +04:00)
Qazax. Nəzakət Məşədiəliqızı - APA. 2005-ci ildə prezident İlham Əliyev tərəfindən təməli qoyulmuş Qazax Diaqnostika Mərkəzində son tamamlama işləri aparılır. Qazax rayonunun baş həkimi Kağı Məmmədovun APA-nın qərb bürosuna verdiyi məlumata görə, müasir tələblərə cavab verən mərkəz istifadəyə verildikdən sonra yerli əhalinin müayinə üçün paytaxta və xarici ölkələrə getməsinə ehtiyac qalmayacaq: ”Digərlərindən fərqli olaraq burada hemodializ və tomoqrafiya şöbələri də fəaliyyət göstərəcək. Mərkəzdə təcili tibbi yardım, şüadiaqnostika, yoluxucu xəstəliklər, terapiya, cərrahiyyə şöbələri və əməliyyat blokları da yaradılıb”.

Ümumi sahəsi 6 min kvadratmetr sahədə inşa olunmuş üçmərtəbəli Diaqnostika Mərkəzi 20 çarpayılıqdır. Mərkəzdə 240 nəfərin işlə təmin olunması nəzərdə tutulub. Burada qərb bölgəsinin əhalisi ilə yanaşı, Gürcüstanda yaşayan azərbaycanlılara da xidmət göstəriləcək. Mərkəz sentyabr ayının sonlarınadək təhvil veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR