Bank Of Baku

Azərbaycanda «Sosial sığorta sahəsində İKT» mövzusunda beynəlxalq seminar keçiriləcək

Azərbaycanda «Sosial sığorta sahəsində İKT» mövzusunda beynəlxalq seminar keçiriləcək
# 15 sentyabr 2008 09:51 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Bu ilin oktyabr ayının 2-3-də Bakıda Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) və Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) birgə təşkilatçılığı ilə «Sosial sığorta sahəsində informasiya və kommunikasiya texnologiyaları» mövzusunda beynəlxalq texniki seminar keçiriləcək.
Fondun ictimaiyyətlə əlaqələr sektorundan «APA-Economics»ə verilən məlumata görə, BSTA Baş Katibliyinin əməkdaşları Fransua Kintsler, Yanik Dhaene, BSTA xəzinədarı Vim Fransen və başqa nüfuzlu şəxslərin qatılacağı toplantıda ümumilikdə Assosiasiyanın üzvü olan 17 ölkə, o cümlədən ABŞ, Hollandiya, İtaliya, Polşa, Fransa, Belçika və digər dövlətlər öz nümayəndələri ilə təmsil olunacaq.
İki gün davam edəcək seminarda informasiya kommunikasiya texnologiyaları (İKT) üzrə sosial sığorta və pensiya təminatı təşkilatlarında tətbiq edilmiş müvafiq təcrübə mübadiləsi aparılacaq, İKT-nin təşkilatın idarə edilməsi strategiyasına təsiri müzakirə olunacaq. Seminarda İKT layihələrinin idarə edilməsi üç istiqamət üzrə - İKT təşkilata dəstək kimi, İKT və qlobal idarəetməyə strateji təsiretmə, metodologiya təhlil ediləcək, eləcə də İKT layihələrinin idarə olunmasının 10 əsas cəhəti nəzərdən keçiriləcək.
Qeyd edək ki, Azərbaycan 2004-cü ilin may ayından BSTA-nın tamhüquqlu üzvüdür. Həmin ilin sentyabrında Azərbaycan təşkilatın Büro üzvü, 2007-ci ilin sentyabrında isə Avropa Regional Şəbəkəsinin İdarəedici Komitəsinin üzvü seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR