Bank Of Baku

Əli Həsənov: “Yaxın günlərdə qaçqın və məcburi köçkünlər üçün daha iki qəsəbə istifadəyə veriləcək”

Əli Həsənov: “Yaxın günlərdə qaçqın və məcburi köçkünlər üçün daha iki qəsəbə istifadəyə veriləcək”
# 15 sentyabr 2008 10:06 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva-APA. Bu ay qaçqın və məcburi köçkünlər üçün iki qəsəbə istifadəyə veriləcək. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məlumat verib. Onun sözlərinə görə, bu həftə Beyləqan rayonu ərazisində Xocavənd rayonundan olan məcburi köçkünlər üçün salınmış qəsəbədə tamamlama işləri başa çatacaq. Bu həftə həmçinin 500 evdən ibarət qəsəbəyə məcburi köçkünlərin köçürülməsinə başlanması nəzərdə tutulur. 500 evlik ikinci qəsəbə Xocalıdan olan məcburi köçkünlər üçün nəzərdə tutulub. Bu qəsəbədə son tikinti-tamamlanma işləri 10 gün ərzində başa çatacaq və qəsəbəyə məcburi köçkün ailələrinin köçürülməsinə başlanacaq. Əli Həsənov yaxın günlərdə Goranboy rayonu ərazisində yeni qəsəbənin tikintisinə başlanacağını bildirib. Onun sözlərinə görə, son beş il ərzində tikilən 17 min evlik 56 qəsəbədə 70 min məcburi köçkün məskunlaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR