Bank Of Baku

Sabah Bakıda «Sosial müdafiənin inkişafı» mövzusunda seminar keçiriləcək

Sabah Bakıda «Sosial müdafiənin inkişafı» mövzusunda seminar keçiriləcək
# 15 sentyabr 2008 11:29 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Bu ilin sentyabr ayının 16-da Bakıda Avrora Şurasının Sosial Birlik üzrə Baş Direktorluğunun Sosial Siyasət Departamenti və Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə «Sosial müdafiənin inkişafı» mövzusunda seminar keçiriləcək.
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, seminar iki gün davam edəcək. Tədbirdə Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov, Avrora Şurasının Sosial Birlik üzrə Baş Direktorluğunun Sosial Siyasət Departamentinin sosial hüquqlardan faydalanma şöbəsinin rəhbəri Karl Fridrix Bor, digər aidiyyəti qurumların mütəxəssisləri, QHT nümayəndələri iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR